"Ermənilər qorxudan yaşadıqları ərazini tərk edirlər"- DEPUTAT

"Ermənilər qorxudan yaşadıqları ərazini tərk edirlər"- DEPUTAT

"İşğalçı Ermənistan dövləti bu gecədən etibarən bütün cəbhə boyu vəziyyəti gərginləşdirərək növbəti təxribatlara əl atmaqdadır".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın ordusu düşmənin bütün təxribatlarının qarşısını qəhrəmancasına almaqdadır: "Şükkürlər olsun ki, artıq şad xəbərlər də gəlməkdədir. Azərbaycan ordusu işğal altında olan 6 kəndi azad edib və bir sıra hakim yüksəklikləri nəzarətə götürüb. Ordumuz tərəfindən düşmən tərəfə çox ciddi zərbələr vurulub. Bu gün Azərbaycann ordusu hərbi şücaətini bir daha nümayiş etdirərək çox qətiyyətlə dövlətimizin ərazi bütövlüyünü, müstəqiliyini və xalqımızın təhlükəsizliyini qorumaq üçün amansız mübarizə aparırlar. Hazırda düşmən tərəfə çox ciddi və sarsıdıcı zərbələr endilməkdədir".

Deputat vurğulayıb ki, Müdafiə Nazirliyinin məlumatında bir daha görürük düşmən tərəf həm canlı həm də hərbi texnika baxımından böyük itkilərə məruz qalıbdır: "Hazırda düşmən tərəf çox ciddi təlaş içindədir. Artıq Dağlıq Qarabağda yaşayan ermənilər təşvişə düşüb və yaşadıqları ərazini tərk etməyə başlayıblar. Ermənilərin çox qorxaq millət olması hamıya bəllidir. Onlar heç vaxt təkbətək vuruşmaq gücünə malik olamayıblar. Bu gün də onlar Azərbaycan ordusunun qüdrətini gördükdən sonra səfərbərlik elan edib, qorxudan nə danışıqlarını bilmirlər.Nikol Paşinyanın bu təxribatı və biabırçı məğlubiyyəti onun hakimiyyətinin sonunu gətirəcək. İnşallah irələyən saatlarda Azərbaycan ordusunun növbəti qələbə xəbərini eşidərik. Ordumuz murdar erməniləri işğal olunmuş torpaqlarımızdan təmizləyəcəklər. Qələbə bizimlədir. Hər birimiz rəsmi məlumatlara əsaslanmalı, dezinformasiyalara uymamlıyıq. Cənab prezidentin xalqa müraciəti bir daha insanlarımızda döyüş ruh yüksəkliyini artırdı. Xalq olaraq hər birimiz ali baş komandanımızın və ordumuzun ətradfında sıx birləşməliyik".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az