“Xalqımız hər bir fərdi ilə ordumuzun və ali baş komandanımızın yanındadır”

“Xalqımız hər bir fərdi ilə ordumuzun və ali baş komandanımızın yanındadır”

Səmyar Abdullayev: “Hər kəsi dövlətimizin ətrafında daha sıx birləşməyə çağırıram”

Məlumolduğu kimi, bu gün səhər saatlarından etibarən Ermənistan Silahlı QüvvələrininAzərbaycanla təmas boyu ərazilərdə həyata keçirdiyi təxribatlar ordumuzun əks-hücuməməliyyatına start verməsi ilə nəticələnib. Nəticədə, düşmən təxribatını dəf edənordumuz 7 kəndi işğaldan azad edib, düşmənin canlı qüvvəsi və texnikasına böyükzərbə vurub.

 

Moderator.az-aaçıqlamasında Azərbaycan ordusunun əks-hücum əməliyaytına münasibət bildirən AzərbaycanGözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bunu ali baş komandanbaşda olmaqla, Azərbaycan ordusunun böyük qələbəsi kimi dəyərləndirib:

 

“Bildiyinizkimi, uzun illərdir ki, Ermənistan ordusunun Azərbaycana qarşı hərbi təxribatlarıdavam edir və bu təxribatlar hərbçilərimizlə yanaşı, həm də mülki sakinlərimizihədəf alır. Elə bu gün baş verən erməni təxribaı nəticəsində bir neçə mülki şəxsinyaralıanması, mülki obyektlərin düşmən tərəfindən atəşə tutulması, evlərin,yardımçı təsərrüfatların dağıdılması Ermənistanınməkirli niyyətindən, onun təcavüzkar siyasətindən xəbər verir.

 

Heçşübhə yoxdur ki, Azərbaycan ordusunun həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində7 kəndin və bir sıra yüksəkliklərin azad edilməsi, düşmənin texnikasına, canlıqüvvəsinə ciddi zərbə vurulması hər şeydən öncə ali baş komandanın və Azərbaycanordusunun qələbəsidir. Bu şanlı qələbə bir daha göstərir ki, Azəırbaycan ordusuişğaldakı torpaqları azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinəmalikdir və hazırda bu işi böyük əzmlə həyata keçirir.

 

Cəbhəxəttində hərbi əməliyyatların bütün şiddəti ilə davam etdiyi indiki məqamdaqürur doğuran digər bir məqam xalqımızın ordu, ali baş komandanla ciddi həmrəyliksərgiləməsi, xalq-ordu bütövlüyünün nümayiş olunmasıdır. Bu günlərdə on minlərləinsan hərbi əməliyyatlarda könüllü iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətüzrə Dövlət Xidmətinə müraciət edib ki, bu da xalqımızın işğaldakı torpaqlarıazad etməkdə nə qədər israrlı və qətiyyətli olduğunu göstərir. Bu fakt sübutedir ki, Azərbaycan xalqı Azərbaycan ordusu ilə bir yerdədir və bundan sonra dabir yerdə olacaq.

 

Mənordumuzun əldə etdiyi qələbə münasibəti ilə xalqımızı təbrik edir, bir dahabütün ictimaiyyəti, Azərbaycan xalqının hər bir fərdini ölkə başçısının ətrafıdasıx birləşməyə, dövlətimizə əlindən gələn dəstəyi verməyə çağırıram. Bu günbizim belə bir birliyə hər şeydən daha çox ehtiyacımız var və bizi son, yekun vəhəlledici qələbəyə də məhz bu birlik aparacaq. Odur ki, siyasi mövqeyindən,ideoloji baxışından asılı olmayaraq hərbir fərdin, eləcə də siyasi partiya, ictimai birlik, vətəndaş cəmiyyəti və s.qurumların dövlətimizin yanında yer alması, onun hər bir addımını qətiyyətlə dəstəkləməsi vacibdir vəinanıram ki, bundan sonrakı proseslərdə də biz belə bir birlik və bərabərliyinşahidi olacağıq”.

 

SeymurƏLİYEV

 

Mənbə: moderator.az