"Dağlıq Qarabağda yaşayan ermənilər qorxudan evlərini qoyub qaçırlar" - POLİTOLOQ

"Dağlıq Qarabağda yaşayan ermənilər qorxudan evlərini qoyub qaçırlar" - POLİTOLOQ

"Dağlıq Qarabağda yaşayan ermənilər qorxudan yaşayış yerlərini tərk edirlər".

Bunu Sonxeber.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Ermənistanın son aylarda Azərbaycana qarşı hərbi təxribatları ara vermirdi: "Ermənistan baş naziri Nikol Paşinyan, Müdafiə naziri və digər rəsmilər müxtəlif təxribatçı bəyanatlarla vəziyyəti gərginləşdirirdilər. Həmçinin Şuşanı Qarabağdakı separatçıların paytaxtı elan etməyə planlaşdırırdılar. Tovuz təxribatı və cəbhədə Azərbaycanın bölmələrinə qarşı diversiya kəşfiyyat xarakterli addımlar atırdılar. Həmçinin Nikol Paşinyan Azərbaycan ərazilərində yeni infrastruktur layihələr icra edirdi. Nikol Paşinyanın tez-tez işğal olunmuş ərazilərimizə səfərlər edərək kəskin ritorika sərgiləməsi, danışıqlar prosesini pozacaq bəyantlar səsləndirməsi təbii ki, Azərbaycanın səbrini tükədirdi. Azərbaycan bütün bunlara adekvat addımlar atmalı idi. Regionda geosiyasi nizamın yeni mərhələyə keçməsi, prosesləri əlverişli vəziyyətə gətirilməsi üçün Azərbaycan Ermənistana qarşı əks adekvat cavab verdi".

Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu gün səhər saatlarından Ermənistanın Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı törətdiyi təxribatlara cavab olaraq əks hücuma keçərək işğal altında olan 7 kəndi və bir sıra hakim yüksəklikləri nəzarətə götürüb: "Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi panika var. Onlar yaşayış yerlərini tərk edirlər. Baxmayaraq ki, rəsmi İrəvan,qondarma separatçı rejim əhalini sona kimi mübarizə aparmağı və yaşayış yerini tərk etməmələrini istəyir. Azərbaycanın artilleriya və canlı qüvvələrinin ciddi irələməsi nəticəsində Ermənistan rəhbərliyi üstünlüyün bizim tərəfdə olmasının fərqindədir və beynəlxalq təşkilatlara və ATƏT-in Mink Qrupun həmsədrlərinə müraciət edir. Hesab edirəm ki, Azərbaycan bu döyüşlərdə bir neçə rayonu azad edəcək. Çünki qələbə Azərbaycan tərəfindədir".

Politoloq söyləyib ki, ölkə başçısı cənam İlham ƏIiyev geosiyasi nizamı obyektiv qiymətləndirirək düşmənə layiqli cavab verəcək siyasətə imza atd: "Allah ordumuzu qorusun. Azərbaycan ordusunun qələbə marşı mütləq Şuşada və Xankəndində səsləndiriləcək. Artıq Ermənistan rəhbərliyi və Xankəndindəki separatçı rejim panikadadır. Ordumuzun irələməsin rəsmən elan edirlər. Ən önəmlisi isə bu prosesdə məğlub olduqlarını görürlər. Hesab edirəm ki, Azərbaycan Ermənistana şans verməyəcək. Danışıqların prosesin son nöqtəsinə gəlindi və Azərbaycan Ermənistanı məğlub etmə ərəfəsindədir".

Aysel Yusifqızı


Sonxeber.az
 

Mənbə: sonxeber.az