İllərdir davam edən bu ədalətsizliyə dözə bilmərik - Rauf Zeyni

İllərdir davam edən bu ədalətsizliyə dözə bilmərik - Rauf Zeyni

“Azərbaycan xalqı, dövləti və Ordusu 30 ilə yaxındır ki, təmkinlə gözləyib. Artıq biz buna biganə qala bilmərik”.

Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.

O qeyd edib ki, biz ədalətsizliyə məruz qalmışıq və illərdir davam edən bu ədalətsizliyə dözə bilmərik: “Cəbhə xəttində və dövlət sərhədində erməni təxribatları baş verib. Səhər saatlarında Azərbaycan Ordusuna və mülki əhaliyə qarşı Ermənistan tərəfə hücuma keçdi. Mülki əhali və hərbçilər arasında yaralananlar var. Şəhidlərimiz var. Rəsmi məlumatlara görə, bütün cəbhə boyu Azərbaycan Ordusu əks-hücum tədbirləri həyata keçirir. Xalqımız da bunu dəstəkləyir. Silahlı Qüvvələrin Ali Baş Komandı İlham Əliyev xalqa müraciət etdi. Bildirdi ki, biz haqlıyıq. Çünki biz işğala məruz qalan tərəfik.

Ədalətsizliyə məruz qalmışıq və bu ədalətsizliyə dözə bilmərik. Bundan sonra artıq buna dözmək fikrində, 30 il daha gözləmək niyyətində deyilik. Xalq İlham Əliyevi dəstəkləyir. Dövlət başçısının da qeyd etdiyi kimi, Ordumuz öz torpaqlarımızda döyüşür. Qələbə bizimlə olacaq, çünki biz haqqımızı tələb edirik və torpaqlarımızı mənfur ermənilərin işğalından azad etmək istəyirik, azad da edəcəyik. Artıq qələbə xəbərlərə gəlir, bir neçə kındimiz işğaldan aad edilib”.

Akqabay Mıradov

Mənbə: publika.az