Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutmasını müzakirə ediblər.

Eyni zamanda Azərbaycan tərəfinin müvafiq addımları barədə də fikir mübadiləsi aparılıb.

M. Çavuşoğlu deyib ki, Türkiyə bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin: Twitter: Facebook: Telegram:

Mənbə: ednews.net