ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənlərlə bağlı bəyanatla çıxış edib

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənlərlə bağlı bəyanatla çıxış edib

ATƏT-in fəaliyyətdə olan sədri bəyanat yayıb.

Bu barədə ATƏT-in rəsmi saytında qeyd olunub.

Bu gün təmas xəttində şiddətin kəskin artdığını və mülki itkilər barədə məlumatların olduğunu qeyd edən ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri və Xarici İşlər naziri Edi Rama təcili olaraq de-eskalasiya ilə bağlı çağırış edib.

“Mən bütün tərəfləri bu münaqişədə insan tələfatı daha da artmazdan əvvəl dərhal atəşkəsi bərpa etməyə çağırıram”, - deyə Edi Rama bildirib.

Fəaliyyətdə olan sədr deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik tərəflərlə sıx təmasdadır.

Edi Rama regionda vəziyyətin sabitləşməsi üçün onların səylərini tamamilə dəstəklədiyini bildirib. O qeyd edib ki, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə alternativ yoxdur.

O, həmsədrlərin ilkin şərtlər olmadan ən qısa müddətdə substantiv danışıqları bərpa etmək istiqamətində görülən səylərini dəstəklədiyini vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri son toqquşmalarda həyatını itirənlərin ailələrinə başsağlığı verib.

REAL

 

Mənbə: www.realtv.az