Dövlət Baxçalıdan Azərbaycana dəstək: "Ermənistanın Türk milləti qarşısında dayanmaq ehtimalı yoxdur"

Dövlət Baxçalıdan Azərbaycana dəstək: "Ermənistanın Türk milləti qarşısında dayanmaq ehtimalı yoxdur"

Türkiyənin MHP sədri Dövlət Baxçalı işğalçı Ermənistanın Azərbaycana hərbi hücumunu pislyəyib.

Avropa.info xəbər verir ki, Dövlət Baxçalı Azərbaycan Ordusunun Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda keçirdiyi əks-hücum əməliyyatlarında ölkəmizə tam dəstəyini ifadə edib

"Yeganə məqsədi türklərə düşmənçilik olan Ermənistan və onun muzdlu silahlı elementlərinin Türk millətinin qarşısında dayanmaq ehtimalı yoxdur", - deyə MHP sədri bəyan edib.

Mənbə: avropa.info