“Silahlı Qüvvələrimizin hər bir uğurunun arxasında xalqın orduya, ali baş komandana olan sevgi və dəstəyi dayanır”

“Silahlı Qüvvələrimizin hər bir uğurunun arxasında xalqın orduya, ali baş komandana olan sevgi və dəstəyi dayanır”

Cəlil Xəlilov: “Bu uğurların son və həlledici qələbə ilə yekunlaşacağına inanıram”

Bu gün səhər saatlarındanetibarən Ermənistan ordusunun həyata keçridiyi təxribatlar Azərbaycan ordusununəks-hücum əməliyyatı ilə nəticələnib. Ordumuzun həyata keçirdiyi sürətli əks-hücumnəticəsində işğal altıdnakı 7 kənd erməni terrorçularından azad edilib, birsıra yüksəklik ələ keçirilib.

Bu tarixi qələbə iləbağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədrmüavini, polkovnik Cəlil Xəlilov baş verənləri Azərbaycan ordusunun, ali başkomandanın və xalqımızın böyük uğuru kimi dəyərləndirib:

“Şübhəsiz, Azərbaycanordusunun əks-hücumları nəticəsində 7 kəndin işğaldan azad edilməsi başda alibaş komandan olmaqla, Silahlı Qüvvələrimizin böyük uğurudur və bu uğur xalqımıztərəfindən böyük sevinclə qarşılanıb. Uğurlu əks-hücum əməliyyatlarının davametdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın vaxtlarda Azərbaycanordusunun hərbi uğurları daha da genişlənəcək və yeni-yeni ərazilərin işğaldan azad edilməsi ilənəticələnəcəkdir.

Xatırladaq ki, AzərbaycanRespublikasının prezidenti, ali baş komandan İlham Əliyev dəfələrlə işğalçı Ermənistanaxəbərdarlıq etmiş, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərinatəşə tutulmasını dayandırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə,Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinəadekvat reaksiya verməyə səsləmişdir. Lakin rəsmi İrəvan Azərbaycan tərəfininbu çağırışlarına əməl etməyərək öz təxribatlarını davam etdirdi ki, bu da Azərbaycanordusunun bütün cəbhə boyu əks-hücumu keçməsi ilə nəticələndi. Hansı ki, artıqrəsmi İrəvan məğlubiyyətə uğradığını, Azərbaycan ordusunun bir sıra məntəqələriazad etdiyini etiraf etməkdədir.

Bu gün ordumuzun ortayaqoyduğu əzm və iradə bir daha göstərdi ki, Azərbaycan işğal faktı iləbarışmayacaq və düşməni silah gücünə də olsa bu torpaqlardan çxıaracaq, dövlətimizinərazi bütövlüyünü təmin edəcəkdir. Ali baş komandanın bu gün televiziya vasitəsiilə Azərbaycan xalqına müraciəti, habelə Təhlükəsizlik Şurasının iclasındakıçıxışı da göstərdi ki, dövlətimiz işğalçını “ağıllandırmaq”, onun təxribatlarınınqarşısını almaq üçün lazımi güc və qətiyyətə sahibdir və bu istiqamətdə bundansonra da lazımi addımları atacaqdır.

\Onu da qeyd edək ki, başverənlərə görə bütün məsuliyyət işğalçı, təxribatçı Ermənistanın üzərinə düşürvə beynəlxalq təşkilatlar, dünya birliyi buna görə işğalçı dövlətə layiq olduğumünasibəti sərgiləməli, müxtəlif sanksiyalar, cəza mexanizmləri vasitəsi iləbeynəlxalq hüquqa meydan oxuyan İrəvana öz yerini göstərməlidir.

Hər kəs bilsin ki, Azərbaycanxalqı ali baş komandanının yanındadır və onun hər bir əmrini şərəf və qətiyyətləhəyata keçirməyə hazırdır. İnanıram ki, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarıişğaldakı bütün torpaqlarımızın azadlığı ilə nəticələnəcək, Azərbaycan xalqınınhaqq işi qələbə çalacaqdır”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az