Hindistan və ABŞ-da COVID-19-un yayılmasında böyük sıçrayışlar qeydə alınıb

Hindistan və ABŞ-da COVID-19-un yayılmasında böyük sıçrayışlar qeydə alınıb

Con Hopkins Koronavirus Resursları Mərkəzi Hindistan və ABŞ-da yeni COVID-19-un yayılmasında böyük sıçrayışlar olduğunu bildirib.

Hindistanda son 24 saat ərzində 86 054, ABŞ-da isə 55 054 yeni yoluxma faktı qeydə alınıb.

ABŞ-da şimal-şərq, çənubi və qərb ştatları koronavirusun "ürək bölgəsinə" çevrilib. Şimali Dakota, Cənubi Dakota, Ayova və Viskonsin epidemiyasından ən çox zərər görən ştatlardır.

Avropada da koronavirus infeksiyalarının yeni bir dalğası yaşanır və qitədəki bəzi hökumətləri sakinlər və müəssisələrə məhdudiyyətlər tətbiq etməyə vadar edir.

Fransada Həkimlərin Milli Şurasının rəhbəri COVID hadisələrinin “ikinci dalğası”nın “düşündüyündən daha sürətlə gəldiyini” deyib.

Patrik Bou Journal du Dimanche-ə verdiyi açıqlamada “heç bir şey dəyişməzsə, payız və qış ayları boyunca Fransanın bütün ərazisinin epidemiya ilə qarşılaşacağını” və səhiyyə sisteminin tələblər altında dağılacağını deyib.

Şənbə günü Fransada 24 saat ərzində 14 mindən çox yeni infeksiya qeydə alınmışdı.

Nidelandın baş naziri Make Rutte ölkəsindəki infeksiya dalğasını “çox narahatedici adlandıraraq, bunun əlavə tədbirlər görməyə məcbur edəcəyini” deyib.

Çex Respublikasının səhiyyə naziri Roman Prymula hansı məhdudiyyətlərin tətbiq ediləcəyini dəqiqləşdirməyib.

İspaniyada Madrid səlahiyyətliləri və milli hökumət paytaxt bölgəsində yeni infeksiyaların baş qaldırmasına nəzarət etmək üçün lazım olan addımlarla bağlı mübahisələr aparır.

Maskasız nümayişçilər şənbə günü London küçələrinə çıxaraq yeni qapanma tədbirlərinə etiraz edib. Polis nümayişi dağıdıb, azı 16 nəfər həbs edilib.

Dünyada 33 milyona yaxın COVID-19 yoluxması qeydə alınıb.

ABŞ-da 7 milyondan çox, Hindistan 6 milyona, Braziliyada isə 5 milyona yaxın infeksiya faktı aşkarlanıb.

 

Mənbə: www.amerikaninsesi.org