Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlandı

Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlandı

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.

Open.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında deyib.

Polkovnik Vaqif Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.

Mənbə: open.az