Ukraynalı deputat: Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir

Ukraynalı deputat: Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir

Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri və beynəlxalq hüquq normaları əsasında həll olunmalı və Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir.

Bunu “Report”a Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko bildirib.

Onun sözlərinə görə, istər bu ilin iyul ayında, istərsə sentyabrın 27-dən baş verən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan qarşı tərəfin təxribatlarının qarşısının alınmasına tam hazırdır.

Deputat həmçinin bu yaxınlarda Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasətinin aparıldığını xatırladaraq qeyd edib ki, bu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və Ermənistanın münaqişənin nizamlanmasına dair danışıqlara qəsdən ziyan vurur:

“Bu addım Ermənistanın vəziyyətin dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərdi”.

Mənbə: www.realtv.az