Ermənistanın Azərbaycana qarşı törtədiyi növbəti təxribat dünya ictimaiyyətinə çatdırılır - FOTO

Ermənistanın Azərbaycana qarşı törtədiyi növbəti təxribat dünya ictimaiyyətinə çatdırılır - FOTO

Xaricdə yaşayan həmvətənlilərimiz sosial şəbəkə üzərindən paylaşımlarla Azərbaycana öz dəstəklərini göstərirlər.

Almaniyadakı Azərbaycanlılar İttifaqı “Facebook” səhifəsi üzərindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumatlar paylaşıblar.

Paylaşımlarda cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulması, Ordumuzun ermənilərə layiqli cavab verdiyi qeyd olunub.

Eyni zamanda Azərbaycan Ordusunun əks hücuma keçərək işğal altında olan bəzi kəndləri və strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edilməsi ilə bağlı məqamlar da paylaşımlarda əks olunub.

Həmvətənlərimiz tərəfindən xarici dillərə tərcümə olunaraq sosial şəbəkədə paylaşılan bu məlumatlar dünya ictimaiyyətinə mövcud vəziyyətlə bağlı həqiqətləri çatdırır.

 

Mənbə: paralel.az