Minskdə onlarla etirazçı nəzarət altına alınıb

Minskdə onlarla etirazçı nəzarət altına alınıb

Belarus polisi Minskdə keçirilən nümayişlər zamanı onlarla etirazçını nəzarət altına alıb. Qomel şəhərində nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Minsk, Qomel və digər şəhərlərdə nümayişlər prezident Lukaşenkonun inaqurasiyadan sonra yenidən baş qaldırıb.

66 yaşlı Lukaşenko keçən ay keçirilən mübahisəli seçkilərdən sonra 26 illik hakimiyyətinə son verilməsini tələb edən kütləvi nümayişlərə məhəl qoymadan altıncı dəfə prezidentlik dönəminə sentyabrın 23-də and içib.

Lukaşenko ölkə daxilində və xaricdə səsvermənin onun hakimiyyətdə qalması üçün ciddi şəkildə saxtalaşdırıldığı barədə iddialara baxmayaraq, avqustun 9-da keçirilən seçkidə səslərin 80 faizini qazandığını və qələbə çaldığını təkid edib.

Avropa İttifaqı və ABŞ seçkilərin legitimliyini qəbul etməyib.

Nümayişçilər mazalif namizəd Svatlana Tixanovkaya dəstək məqsədi ilə "xalqın inaqurasiyası" təsbiri keçirməyi planlaşdırırdı.

İnaqurasiyadan sonra Lukaşenkonun seçkilərdə əsas rəqibi olan Svetlana Tixanovskaya bəyanatla çıxış edərək andiçməni "məzhəkə" adlandırıb.

Qadınlar minlərlə insanın həbs edildiyi nümayişlərdə polis təqiblərinə müqavimət göstərərək, hərəkatın önündə olub.

Onların hədəfi Lukaşenkonun təhlükəsizlik qüvvələrinin iç üzünü göstərməkdir.
Minskdə qərargahlanan Vyasna insan haqları qrupu şənbə günü yürüşü zamanı həbs olunan 59 nəfərin siyahını dərc edib.

Günün ikinci yarısında yeraltı keçiddə Sovet dövrünün rok ulduzu Viktor Tsoyun “Biz Dəyişiklik İstəyirik”mahnısını ifa edən küçə musiqiçilərindən ibarət bir qrup da həbs edilib.

 

 

Mənbə: www.amerikaninsesi.org