Ermənistanın KTMT-nı münaqişəyə cəlb etmək üçün işlətdiyi HİYLƏ

Azərbaycan Ordusunun əks-hücumu nəticəsində ciddi itkilər verən Ermənistan vassal asılılığında olduğu Rusiyanı münaqişəyə cəlb etmək istəyir.

Modern.az xəbər verir ki, Rusiyanın liderliyi altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etmək üçün rəsmi Yerevan Azərbaycan Ordusunun guya Ermənistanın Vardenis şəhərinə artilleriya zərbəsi endirdiyini iddia edir. Qarabağın dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanındığı üçün Paşinyan hökuməti KTMT-nı münaqişəyə cəlb etmək məqsədilə Vardenislə bağlı məqsədli dezinformasiya yayıb.

Bu iddialar uzun illər Ermənistan Müdafiə Nazirliyinin mətbuyat katibi işləmiş və düşmən ordusunun məğlubiyyətini, cəbhədəki real vəziyyəti əvvəllər də müxtəlif uydurmalarla pərdələyən Artsrun Ovannisyanın mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə səslənib.

“Bu gün günorta saatlarında Ermənistanın Vardenis şəhəri də artilleriya zərbələrinə məruz qalıb”-deyə Ovannistan açıqlama vermişdi.

 

Mətbuat katibi bu iddiaları sübut edəcək heç bir video və fotofakt da tətbiq etməyib.

 

Artıq rəsmi Bakı da prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Həsənovun dili ilə bu informasiyanı təkzib edib və Azərbaycan-Ermənistan dövlət sərhədində hər hansı hərbi əməliyyatların aparılmadığını söyləyib.

 

Beləliklə, Ermənistan ərazisinə hücum barədə məqsədli dezinformasiya yayan rəsmi Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsinə hərbi yardım üçün zəmin yaratmağa çalışır. Amma Azərbaycan Ordusunun yalnız öz dünya birliyi tərəfindın tanınan ərazisində hərbi əməliyyat apardığını nəzərə aldıqda KTMT-nın məsələyə neytral mövqe sərgiləməsi və yalnız atəşkəsə çağırış üçüb bəyanat verməsi gözlənilir.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda səfərbərlik elan olunmayıb - Rəsmi

SONRAKI XƏBƏR

Gürcüstan patriarxı cəbhədəki qarşıdurma ilə bağlı bəyanat yaydı