Millət vəkili: “Hazırda kütləvi səfərbərliyə heç bir ehtiyac yoxdur”

Millət vəkili: “Hazırda kütləvi səfərbərliyə heç bir ehtiyac yoxdur”

“Hazırda ümumi kütləvi səfərbərliyə heç bir ehtiyac yoxdur”.

Bunu APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycanda vətəndaşların vətənpərvərlik hissi olduqca yüksəkdir: “Sadəcə, bu gün Azərbaycanda hərbi vəzifəlilərin müvafiq təlimlərə cəlb olunması həyata keçirilir. Bu da növbəlilik əsasında həyata keçirilir. Azərbaycan Ordusu güclüdür. Ordumuz torpaqlarımızı azad etməyə hazırdır. 27 sentyabr tarixi Azərbaycanın ən yeni siyasi tarixinə qızıl hərflərlə yazılacaq”.

Mənbə: sherg.az