Pompeo və Stoltenberq danışdı: Tərəflərə çağırış edildi

Pompeo və Stoltenberq danışdı: Tərəflərə çağırış edildi

ABŞ Dövlət katibi Mayk Pompeo və NATO Baş katibi Yens Stoltenberq telefon əlaqəsi saxlayıb.

Kanal24 xəbər verir ki, telefon danışığı zamanı Transatlantik əməkdaşlığı, Aralıq dənizinin şərq hissəsində baş verən gərginlik və NATO birliyinin vacibliyi müzakirə edilib.

Məlumata görə, Pompeo Türkiyə və Yunanıstan rəhbərliyinin görüşə başlayacaqları ilə bağlı bəyənatlarından məmnun qaldığını bildirib. Dövlət katibi eyni zamanda, bölgədə gərginliyin azaldılması üçün tərəflərə çağırış edib.

 

 

 

 

 

Mənbə: kanal24.az