BMT Baş katibi Azərbaycan və Ermənistana ÇAĞIRIŞ etdi

BMT Baş katibi Azərbaycan və Ermənistana ÇAĞIRIŞ etdi

 BMT Baş katibi Antoniu Quttereş Azərbaycan və Ermənistana çağırış edərək hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katib Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hərbi əməliyyatların yenilənməsindən çox narahatdır. O, güc tətbiqini qınayır və mülki əhali arasında itkilərə görə təəssüfünü bildirir", - məlumatda deyilir.

Antoniu Quttereş hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

Mənbə: sputnik.az