Əslən azərbaycanlı olan məşhur aşpaz: “Nikol alınmadı” - VİDEO

Tanınmış rusiyalı aşpaz, əslən azərbaycanlı olan Stalik Xankişiyev Ermənistan ordusunun təxribatına münasibət bildirib.

S. Xankişiyev öz “Instagram” səhifəsində ölkəmizə və ordumuza dəstəyini ifadə edib.

“Ah... mən nəyi qarışdırıram, axı onların orada prezidenti yox, hansısa bir baş naziri var.

Qısası, bu yeməyin adı “Nikol alınmadı” adlanır... ha-ha-ha!!!

Bəli, unutmayın, mən azərbaycanlıyam, amma bütün millətlərə eyni gözlə baxıram.

Mən yalnız cinayətkarları sevmirəm, xüsusən də hərbçiləri... Bəs təcavüzkarları və işğalçıları kim bəyənirsə, kim mənim Vətənimə simpatiya bəsləməyimi sevmirsə, çıxışa...”(sosial şəbəkədəki izləyicilərini nəzərdə tutur – red).

 

A post shared by Сталик Ханкишиев (@stalic1962) on Sep 27, 2020 at 10:47am PDT

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Siyasi ekspert: “Ankara və Moskva Qarabağ mövzusunda əməkdaşlıq edə bilər”

SONRAKI XƏBƏR

Ermənistan itkilərini açıqlayır - 16 ölü, 100-dən çox yaralı...