"Türkiyə və Azərbaycan qardaşdır, gərəyi nədirsə edərik" - Fəxrəddin Altundan dünyaya Azərbaycan mesajı

"Türkiyə və Azərbaycan qardaşdır, gərəyi nədirsə edərik" - Fəxrəddin Altundan dünyaya Azərbaycan mesajı

"Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycana dəstək üçün nə lazımdırsa, gərəyini edərik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Ermənistanın Azərbaycana hücumuna münasibət bildirərkən deyib. Altun, erməni hücumlarını şiddətlə qınadığını bildirib.

"Dünyanın bütün ölkələri bu işğala və hücumlara qarşı Azərbaycanın yanında olmalıdır. Türkiyə hər zaman Azərbaycandakı qardaşları ilə çiyin-çiyinə olacaq. Ermənistan bunu hesaba almalıdır. Bəzi dövlətlər ermənilərin on illərdir Azərbaycan torpaqlarını işğal etməsinə səs çıxarmayaraq, hətta Ermənistanı beynəlxalq hüquqa zidd olan işğala cəsarətləndirirlər. Mövcud savaş, işğal durumunun davam etməyəcəyinə dəlildir. Azərbaycanın Qarabağ bölgəsi on illərdir Ermənistan işğalındadır. Ermənistan bununla da kifayətlənməyib Azərbaycana qarşı provokasiyalar törədir.Türkiyə və Azərbaycan qardaşdır. Biz də bu qardaşlığın gərəyi nədirsə, edərik" - Fəxrəddin Altun belə deyib.

Mənbə: avropa.info