Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib

BAKI, 28 sentyabr - Sputnik. Sentyabr 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

"Yuventus" "Roma" ilə heç-heçə etdi

SONRAKI XƏBƏR

Azərbaycanda sevilən türkiyəli aktyor təcili əməliyyat olundu