Belarusda 200-ə yaxın nümayişçi saxlanıldı

Belarusda 200-ə yaxın nümayişçi saxlanıldı

Belarusda 27 sentyabrda keçirilən aksiyalar zamanı ümumilikdə 200-ə yaxın nümayişçi saxlanılıb.

“RİA Novosti”nin məlumatına görə, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemadanova açıqlama verib.

 

Ən böyük aksiya paytaxt Minskdə baş tutub.

Xatırladaq ki, Belarusda bir aydan çoxdur kütləvi etiraz aksiyaları keçirilir.

Vətəndaşlar avqustun 9-da keçirilən prezident seçkilərinin rəsmi nəticələri ilə razı deyillər.

 

Mənbə: kanal24.az