"Uşaqlar sərhəddə ölürlər, siz isə..." - Ermənilər təşvişdə

"Uşaqlar sərhəddə ölürlər, siz isə..." -  Ermənilər təşvişdə

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentindən məlum olur ki, ermənilər təşviş içindədir. Onlar Paşinyanın istefasını tələb edir, Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşır və itkilərin açıqlanmamasına biganə qalmırlar.


Ayıbdır, nə korona, uşaqlar sərhəddə ölürlər, siz isə meymunluq etməyə davam edirsiniz.

10 gün sonra Serjin həbs olunması məsələsinə qərar verilməli idi, bu, Serjin əl işidir ki, onu unutsunlar.

Doğrudur, hələ həftələr əvvəl Azərbaycan mövqeləri möhkəmləndirirdi, bütün mətbuat bu barədə danışırdı, lakin siz 17-ci ilin 10000-nin arxasınca düşmüşdünüz, hazırkı vəziyyətin ciddiliyini başa düşə bilmirsiniz.

Kimə maraqlıdır ölkədə müharibədir, siz koronanın yayılmasını müzakirə edirsiniz.

Bir az oyanın və mövqeləri geri qaytarın, bəsdir təriflədiniz. Müharibədir.

Rusdan, Lavrovdan, Putindən uzaq, rusdan heç bir yaxşı şey gözləməyin.

Dəhşətlidir.

Bu virusu buraxın, daha vacib olana keçin, indi virus vacib deyil, hazırkı an üçün əsgərlərə dəstəyimiz vacibdir.

Başlayanda hamınız görəcəksiniz, hələ başlamayıb, gözləyin.

Hə, onlar Twitter-də də qəbul edirlər ki, Bayraktar tətbiq ediblər.

Bizim HHM qoşunlarımızı bunlarla vurublar.

7 kəndlə bağlı şərh verin, dedi-qodudur, yoxsa yox?

İstefa ver!

Hasmik Bağdasaryan - Müharibəyə yox.
Laura Varderesyan - Müharibəyə yox.

Erməni xalqı Rusiyaya qarşı inamını çoxdan itirib və yalnız öz qüvvələrinə güvənir.

Yerkrapahda əmr gözləyir? Siz birinci orada olmalı idiniz.

16 ölü, 100 yaralı.

Mənim addımçı məxməri deputatlar sizin rəhbərliyiniz altında ön xəttdə olmalıdırlar.

Sərhədə gedin, bəsdir çıxış etdiniz.

Dəqiqləşdirilmiş adlar olmadan itkilərin sayını demək nə dərəcədə doğrudur? Adamın ürəyini çatladırlar.

Adlar, xahiş edirəm

Bəs biz kimi gözləyirik?

Çox ağrılıdır.

Mənbə: metbuat.az