Füzulidə döyüşlər davam edir - düşmənin ən çox itki verdiyi cəbhə bölgəsi

Füzulidə döyüşlər davam edir - düşmənin ən çox itki verdiyi cəbhə bölgəsi

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlanıb.

"Yeni Müsavat" Media Qrupunun Füzuli rayonuna ezam olunmuş reportyorları xəbər verir ki, bu istiqamətdə əks-hücum əməliyyatları davam edir.

Gecə boyu ordumuz ağır artilleriyadan düşmən mövqelərini hədəfə alıb. Qısamüddətli fasilələr olsa da, ordumuz əks-hücum əməliyyatlarına ara verməyib.

Son rəsmi məlumata görə, təxminən 24 saata yaxındır davam edən əks-hücum əməliyyatlarında düşmən 550 nəfərdən çox itki verib. Düşmənin yüzlərlə hərbi texnikası məhv edilib.

Əldə etdiyimiz məlumata görə də düşmənin ən çox itki verdiyi istiqamət Füzulidir.

Mənbə: moderator.az