Bakılı sənətkar ABŞ-ın əfsanəvi prezidentinin abidəsini ucaldıb - FOTO

Bakılı sənətkar ABŞ-ın əfsanəvi prezidentinin abidəsini ucaldıb -

Amerikanın əfsanəvi prezidenti Duayt Eyzenhauerin Vaşinqtondakı monumental abidəsinin müəllifi Bakılı sənətkardır.

Bizim.Media xəbər verir ki, bu barədə ADA Universitetinin prorektoru, DİM-in İdarə Heyətinin üzvü Fariz İsmayılzadə sosial şəbəkədə paylaşım edib.

O yazıb ki, bu abidə 2021-ci ildə Bakıdan, Azərbaycandan gedən Sergey Eylanbekov tərəfindən ucaldılıb.
Sergey Eylanbekovun əsərlərinə dünyanın müxtəlif yerlərində ictimai yerlərdə və şəxsi kolleksiyalarda rast gəlmək olar.




Mənbə: bizim.media