Azərbaycan və Ermənistan arasında döyüşlər ikinci gündür davam edir

Azərbaycan və Ermənistan arasında döyüşlər ikinci gündür davam edir

Beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dayandırılması çağırışlarına baxmayaraq, Azərbaycan və Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ bölgəsi ətrafında döyüşləri bazar ertəsi davam etdirib.

Tərəflər bir-birini ağır artilleriyadan istifadə etməkdə ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyi Talış kəndi civarında döyüşlərin getdiyi barədə məlumat yayıb, döyüş zonasından videolar paylaşıb.

Ermənistan Müdafiə Nazirliyi döyüşlərin davam etdiyini təsdiqləyib.

Ermənistan mənbələri 28 əsgər itirdiklərini bildirərək döyüşlərdə ölənlərin sayının 59-a çatdığını bildirir.

Azərbaycan tərəfi hərbi itkilərin dəqiq sayı barədə məlumat verməyib.

BMT baş katibi Antonio Quterreşin mətbuat katibinin açıqladığı bəyanatda onun şiddətli döyüşləri qınadığını və "mülki əhali də daxil olmaqla, insan itkilərinə görə təəssüf hissi keçirdiyi" bildirilib.

Baş katib tərəfləri “döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa” çağırıb. Bəyanatda Quterreşin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə danışacağı qeyd edilib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunu tam dəstəklədiyini təkrarlayan Quterreş “ ilkin şərtlər olmadan təcili olaraq dialoqun bərpa edilməsi üçün tərəfləri onlarla sıx əməkdaşlıq etməyə” çağırıb.

ABŞ da bazar günü döyüşlərə son verilməsinə çağırıb. Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus ABŞ-ın eskalasiyanın artmasını ən sərt şəkildə qınadığı bəyanatla çıxış edib. Bəyanatda hər iki tərəf "ən qısa müddətdə substantiv danışıqlara qayıtmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə çağırılıb.

Mənbə: www.amerikaninsesi.org