Bu, ermənilərin acizliyinin göstəricisidir - Deputat

Bu, ermənilərin acizliyinin göstəricisidir - Deputat

"Ermənilərin mülki vətəndaşlarımızı və onların yaşayış məntəqələrini hədəf alması Azərbaycan Ordusunun qarşısındakı acizliyinin göstəricisidir. Çünki ordumuz dünəndən başlayaraq düşmənə sarsıdıcı zərbələr endirir".

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu əks hücuma keçərək bir neçə yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad edərək nəzarəti ələ alıb və belə bir vəziyyətdə ermənilər yenə də öz çirkin sifətlərini göstərirlər: "Onlar beynəlxalq konvensiyalara zidd olaraq mülki vətəndaşlara zərbələr endirməklə Azərbaycanı əks hücumdan çəkindirmək istəyirlər. Bu gün ordumuzun qarşısında bir məqsəd var - Azərbaycanın düşmən tapdağında olan ərazilərini işğaldan azad etmək. Bu istiqamətdə ordumuz öz şərəfli işini davam etdirir. Mülki vətəndaşlarımızın hədəf alınması, yaşayış ərazilərimizin atəş altına alınması müvəqqəti haldır. Çünki ordumuz inamla irəliləyir. Mülki vətəndaşlarımızın yaşadığı ərazilər cəbhə bölgəsindən uzaqda olacaq və beləliklə, onların yaşayış məntəqələrimizi atəş altına almaq imkanı məhdudlaşacaq.

Bizim başqa yolumuz yoxdur. Çünki 30 il ərzində beynəlxalq təşkilatların təşəbbüslərini, bir çox ölkələrin sülh missiyasının təkliflərini dinlədik. Görünən odur ki, heç bir irəliləyiş olmadı və heç kəs bizə torpağımızı qaytarmadı. Biz düşmənin son təxribatlarına cavab olaraq ciddi addımlar atmağı planlaşdırdıq və düşünürəm ki, qələbə əzmi ilə haqq işimizi davam etdiririk. Qələbə bizimdir və Qarabağ Azərbaycandır".

Akqabay Mıradov

Mənbə: publika.az