Erməni politoloq: “İlham Əliyev İrəvanın kobud səhvlərindən istifadə edərək…”

Erməni politoloq: “İlham Əliyev İrəvanın kobud səhvlərindən istifadə edərək…”

Azərbaycan KİV-lərindən birinin Qarabağ məsələsi üzrə Nikol Paşinyanın apardığı gizli danışıqlar haqqında verdiyi məlumatlar informasiya sahəsini və siyasi sahəni sarsıdıb”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Politekonomia” tədqiqat institutunun direktoru Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.

“Azərbaycanlıların atdığı bu xəbərlər etibarlıdır, yoxsa yox? Nikol Paşinyan və onun həyat yoldaşı hakimiyyətə gəldikdən sonra “Bizim əsgərlərimiz heç nəyə görə ölüblər, Mehriban Əliyeva Xankəndiyə gələ və muğam dinləyə bilər” və s. bildirməklə sülhsevərlik təbliğ etməyə başlayıblar.

Nikol Paşinyan dəfələrlə bildirib ki, münaqişənin həll qətnaməsi təkcə Ermənistan və Qarabağ (qondarma qurum – red.) yox, eyni zamanda Azərbaycan xalqını da razı salmalıdır. Məlum olduğu kimi, Azərbaycan tərəfi Qarabağı öz tərkibində görür. Bənzər halda 3 tərəfi razı salmağın necə mümkün olduğunu yalnız Paşinyan biləcək.

İlham Əliyev İrəvanın kobud səhvlərindən istifadə edərək danışıqlar prosesinin uğursuzluğunu, müharibə məsuliyyətini bizim üzərimizə qoymaq və Türkiyəni oyuna cəlb etmək üçün böyük imkan qazanıb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

 

Mənbə: ordu.az