Əfqanıstan: Qarabağ savaşında Azərbaycanı dəstəkləyirik

Əfqanıstan: Qarabağ savaşında Azərbaycanı dəstəkləyirik

Əfqanıstan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında davam edən sərt toqquşmadan narahatlığını ifadə edib.

Axar.az xəbər verir ki, nazirlik yaydığı bəyanatda Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirib.

“Əfqanıstan Dağlıq Qarabağın işğalının dayandırılmasını tələb edir və Azərbaycan xalqıyla hökumətinin bu münasibətdə səyini dəstəkləyir”, – deyə bəyanatda qeyd edilib.

Mənbə: axar.az