“Düşmənin canlı qüvvəsi və texnikası elə mövqelərdəcə məhv edilir”

“Düşmənin canlı qüvvəsi və texnikası elə mövqelərdəcə məhv edilir”

“Ermənistan "Türkiyə təhlükəsini" qabartmaq üçün Naxçıvan bölgəsində təxribata əl ata bilər”

“İşğalçının Tovuz istiqamətində də təxribata əlatması ehtimalı mövcuddur”

27 sentyabr tarixindənetibarən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bu gün dəmüvəffəqiyyətlə davam etdirilməkdədir.

Moderator.az olaraq sabiqXİN rəhbəri Tofiq Zülfüqarovla söhbətimizdə iki günlük hərbi əməliyyatlarıngedişatına və baş verənlərin hərbi-siyasi köklərinə aydınlıq gətirməyəçalışdıq.

-Tofiq bəy, artıq iki gündür ki, düşmənə qarşıuğurlu hərbi əməliyyatlar davam edir. İki günlük bu əməliyyatların gedişatı iləbağlı nə deyə bilərsiniz?

-Burada həm hərbi, həm dəsiyasi nüanslar var. Hərbi baxımdan görünən odur ki, Azərbaycan özününartilleriya, raket, aviasiya və dron üstünlüklərindən istifadə edir. Düşmənincanlı qüvvəsi və texnikası elə mövqelərdəcə məhv edilir. Bu taktika TürkiyəninSuriyada terrorçulara qarşı tətbiq etdiyi taktikanı yada salır.

Itkilər düşməniehtiyatdakı qüvvələri ön xəttə cəlb etməyə vadar edir ki, onları elə yollardacaməhv etmək bizim üçün daha sərfəlidir. Bu, bizi onları bir-bir hansısa meşə vədağda tapıb zərərsizləşdirmək məcburiyyətindən azad edir. Bu, olduqca uğurlutaktikadır.

Siyasi elementlərə nəzərsalsaq görərik ki, ermənilər hərbi əməliyaytların elə ilk günündən müxtəlifdövlətlərin paytaxtına zəng edərək onlardan kömək diləməyə başladı. Belə birkömək isə zənnimcə yoxdur və olmayacaq da.

-Tofiq bəy, bəzi dövlətlər Azərbaycan və Ermənistanıhərbi əməliyyatları dayandırmağa, danışıqları prosesini bərpa etməyə çağırır. Sizcəuzun illər səmərəsiz danışıqlardan səbri tükənən Azərbaycan üçün belə birçağırış nə dərəcədə cəlbedicidir?

-Danışıqların bərpaolunması ilə bağlı təkliflər var. Lakin düşünürəm ki, Azərbaycanın bu müraciətlərəcavabı artıq verilib. Cənab prezident mətbuat nümayəndələri ilə görüşündəbildirdi ki, biz danışıqlar prosesinə o zaman qoşula bilərik ki, bizə təqdimolunan sənəd təqvim şəklində təqdim edilsin və orada göstərilsin ki, işğalçıqüvvələr hansı bölgədən hansı tarixdə çıxacaq. Indiki şəraitdə Azərbaycanıncavabı bu bəyanatda mövcuddur. Minsk qrupu tərəfləri danışıqlara səsləyir. Bizsədeyirik ki, gedin belə bir sənəd hazırlayın, ermənilərin razılığını alın, biz dəbu sənədə qoşulaq.

Işğaldakı torpaqlarımızqeyd-şərtsiz azad edilməlidir. Bizim tələbimiz bundan ibarətdir. Təəssüflərolsun ki, bizim şərhçilər bunu şərh etməyib. Lakin indiki məqamda bu, bizimmövqeyimizi əks etdirə biləcək bir yanaşmadır.

-Bir qədər əvvəl qeyd etdiniz ki, Ermənistanınmüraciətlərinə rəğmən ona kömək edən olmayacaq. Sizcə Paşinyanın köməklə bağlıyalvarışlarının nəticəsiz qalmasına səbəb nədir və ya nə ola bilər?

-Hesab edirəm ki,Paşinyan kömək üçün müraciət edəndə ona bu torpaqların Azərbaycanın torpağıolduğu xatırladılıb. Çox güman, Paşinyana bildirilib ki, bu torpaqlar Azərbaycanınolduğu üçün burada Ermənistan üçün bir təhlükə yoxdur. Odur ki, ola bilsin ki,Paşinyan bir daha təxribata əl atsın, dövlət sərhəddində hansısa təxribat törətməyəcəhd etsin. Xüsusilə "Türkiyə təhlükəsini" qabartmaq üçün bunu Naxçıvan bölgəsindədə həyata keçirə bilər. Yaxud iki ay bundan öncə olduğu kimi, Tovuz istiqamətindəhansısa təxribata əl ata bilər. Belə bir təxribat, zənnimcə gözləniləndir.

Mənbə: moderator.az