Rəsmi İrəvan Qarabağdan təxliyyə planı hazırlayır

Rəsmi İrəvan Qarabağdan təxliyyə planı hazırlayır

Ermənistan regionda vəziyyət ağırlaşacağı təqdirdə, Dağlıq Qarabağ əhalisinin təxliyyəsi üçün humanitar dəhlizlərin təşkili imkanları üzərində işləyir.

TASS informasiya agentliyi xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan sentyabrın 28-də “Qovorit Moskva” radiostansiyasının efirində bəyan edib.
O, müvafiq suala cavab verərkən deyib:

“Belə məsələlər işlənir. Ümidvarıq ki, vəziyyət o həddə çatmayacaq”.

Mənbə: paralel.az