Deputat: “Ali Baş Komandanın ətrafında daha sıx birləşməliyik”

“Sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan ordusu Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alıb. Hazırda da ağır döyüşlər gedir. Azərbaycan ordusu düşmənə ağır zərbələr vuraraq onu geri oturdub və bütün cəbhəboyu əks-hücuma keçib”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.

Deputatın sözlərinə görə, belə bir gündə Azərbaycan vətəndaşları cəsarət göstərirlər, bütün hərbi hissələrimizdə ruh yüksəkliyi var:

“Bu gün hər kəs tutduğu mövqedən, sosial durumundan asılı olmayaraq xalq həmrəylik göstərir, Ali Baş Komandanın ətrafında sıx birləşib. Ordumuz çox peşəkardır, çevikdir, cəsurdur və güclü qətiyyətimiz var. Bu gün hər birimiz Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, onun verdiyi bütün tapşırıqları və göstərişləri dərhal icra etməliyik. Hamılıqla hərbi vəziyyətin tələblərinə riayət etməliyik ki, Şanlı Ordumuz bütün işğal altında olan ərazilərimizi azad etsin və Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edək”.

Sabir Hacıyev dezinformasiyalarla bağlı məlumatlara da toxunub və insanları rəsmi xəbərlərə inanmağı tövsiyə edib:

“Təbii ki, ermənilər dezinformasiya yaymaqla məşğuldurlar. Bununla da insanlarda qorxu yaratmağa cəhdlər edirlər. Bu dövrdə kibertəhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmalıyıq. Yalan, hərbi sirr təşkil edən məlumatları paylaşmaq olmaz. Cəbhəyanı rayonlarda yaşayan əhalimiz daha diqqətli olmalı və rəsmi məlumatlardan başqa heç bir xəbər və məlumatlara inanmamalıdır”.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

"Google Maps" ölkələr üzrə koronavirusa yoluxma statistikası xidmətini istifadəyə verib

SONRAKI XƏBƏR

Tottinin səsini eşitdi, komadan ayıldı