Belçika mətbuatı: "Azərbaycan separatçı Dağlıq Qarabağı vurur"

Belçika mətbuatı: "Azərbaycan separatçı Dağlıq Qarabağı vurur"

Belçika mətbuatı Azərbaycan-Ermənistan cəbhə bölgəsində baş verənlərlə bağlı yazı dərc edib.

Cebhe.info xəbər verir ki, yazıda Ermənistan işğalçı ölkə olaraq göstərilib. Bildirilib ki, Qarabağ Azərbaycan torpağıdır:

"Dağlıq Qarabağ, əsasən ermənilərın məskunlaşdığı və Ermənistan tərəfindən dəstəklənən Azərbaycanın bir bölgəsidir. 1990-cı illərin əvvəllərində 30.000 adamın ölümü ilə nəticələnən bir müharibəyə səhnə oldu və o vaxtdan bəri Azərbaycan hakimiyyəti bu torpaqlarda yenidən nəzarəti bərpa etmək istəyir. Sülh danışıqları uzun illərdir dalana dirənib. İndi isə Azərbaycan separatçı Dağlıq Qarabağı vurur".

Bu məlumatlar bir neçə Belçika mətbu orqanında dərc edilib. Həmçinin, Ermənistan və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad verilib.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info