ABŞ Bağdaddakı səfirliyini bağlalayacağı barədə xəbərdarlıq edib

ABŞ Bağdaddakı səfirliyini bağlalayacağı barədə xəbərdarlıq edib

Şiə silahlı qruplarının hücumları ilə əlaqədar yaranan narahatlıqlar fonunda ABŞ Bağdaddakı səfirliyini bağlalayacağı barədə xəbərdarlıq edib.

Xəbər agentlikləri ABŞ dövlət katibi Mayk Pompeonun son günlər İraq liderlərinə ABŞ-ın İraqdakı hərbi və diplomatik obyektlərinə hücumların qarşısı aınlmazsa ölkədəki səfirliyini bağlanacağı barədə xəbərdarlıq etdiyi haqda məlumat verib.

Pompeo məsələni açıq şəkildə müzakirə etməsə də, Dövlət Departamentinin bazar günü açıqlamasında "İranın dəstəklədiyi qrupların səfirliyimizə raket hücumları təkcə bizim üçün deyil, İraq hökuməti üçün də təhlükədir" deyə, bildirilib.

Birləşmiş Ştatlar yanvar ayında da İraqın fəaliyyət göstərməsini tələb edərək, İraqın ABŞ-ın ölkədəki diplomatik obyektlərini qorumaq vəzifəsi olduğunu bildirmişdi.

Bu xəbərdarlıq ABŞ hərbi qüvvələrinin İraqdakı Amerika personalına qarşı hücumlara İran generalı Qasım Süleymani və İraqın yüksək səviyyəli komandiri Əbu Mehdi Əl-Mühəndisin Bağdad aeroportu yaxınlığında öldürüldüyü hava hücumu ilə cavab verməsindən bir neçə həftə sonra edilib.

ABŞ-ın hücumu İraqda etrazlara səbəb oldu. Nümayişçilər və İraqın bir neçə millət vəkili bunu İraqın suverenliyinin pozulması kimi qiymətləndirərək, hökuməti ölkədəki ABŞ qüvvələrini çıxarnağa çağırdı.

Mənbə: www.amerikaninsesi.org