Anna Akopyanın Xankəndində nə işi var? - Novella Cəfəroğlu

Anna Akopyanın Xankəndində nə işi var? - Novella Cəfəroğlu

Ermənilər cəbhədə mülki əhalini hədəfə alırlar. Rəsmi açıqlamalardan da görünür ki, itkilərimizin arasında mülki əhali də var. Bu, ermənilərin növbəti dəfə iç üzünün açılmasıdır. Biz çalışırıq ki, düşmən tərəfinin bu vandalizm addımlarını bütün dünyaya çatdıraq. Bunun üçün əlimizdən gələni edirik. Hazırda bəyanat hazırlayaraq beynəlxalq qurumlara göndərəcəyik. Azərbaycandakı səfirliklərə zəng edərək faktları onların diqqətinə çatdırırıq.

Bu sözləri Teleqraf.com-a Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bəyan edib ki, erməni tərəfi həyasızcasına Rusiya kanallarında ağızlarına gələni danışırlar:

“Bizim iki jurnalist onlara layiqincə cavab verdi. Bizə irad tuturlar ki, mülki insanları vururuq. Amma fakt budur ki, onlar bizim bir ailədən 5 nəfəri vuraraq öldürüblər. Biz bu faktı ortaya çıxararıq. Ermənilərin də əlində fakt varsa, ortaya qoysunlar”.

N. Cəfəroğlu beynəlxalq qurumlardan da narazılıq edib:

“Ermənistan baş nazirinin xanımı Anna Akopyan əlində avtomatı Qarabağda bizim tərəfə tuşlayanda beynəlxalq təşkilatlardan niyə səs çıxmırdı? Bir il əvvəl bu adam bəyanat verirdi ki, gəlin problemi sülhlə həll edək. Bu gün qarşımıza tüfənglə çıxır. Bu gün Paşinyanın arvadı Xankəndindədir. Bu məsələləri biz daima qaldırırıq, yazırıq, görüşlərimizdə deyirik”.

Sonda hüquq müdafiəçisi bildirib ki, Qarabağ məsələsində Azərbaycan xalqı bir yerdə olmalı, hədəfi bir yerə vurmalıdır.

Mənbə: teleqraf.com