Bir sıra iri dövlətlər Azərbaycan ordusunun gücünü gördükdən sonra ayılıblar – İqbal Məmmədov

Bir sıra iri dövlətlər Azərbaycan ordusunun gücünü gördükdən sonra ayılıblar – İqbal Məmmədov

"Məlum olduğu kimi, sentyabr ayının 27-də Ermənistan növbəti təxribata əl atıb. Buna baxmayaraq, Azərbaycan ordusu əks həmlə ilə hücuma keçərək bir sıra uğurlara imza atıb."

Bunu Unikal.org-a açıqlamasında deputat İqbal Məmmədov deyib. O bildirib ki, artıq bir neçə yaşayış məntəqələrimiz işğaldan azad olunub.
"Ordumuz ermənilərə bütün istiqamətlərdə zərbə vurur, amma Ermənistan hər zaman olduğu kimi mülki obyektləri artileriya atəşinə tutur. Artıq 6 vətəndaşımız düşmənin atəş açması nəticəsində həlak olub.
Ali baş komandan, cənab Prezident İlhamƏliyev həm xalqa müraciətində, həm də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təxribatı ilə bağlı növbəti bəyanatını verdi və onlara layiqli cavab veriləcəyini bildirdi. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, uzun illər susqunluq mövqeyində dayanan, Ermənistana qarşı hər hansı bir irad bildirməyən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında obyektiv mövqe sərgiləməyən beynəlxalıq təşkilatlar və bir sıra iri dövlətlər Azərbaycan ordusunun gücünü gördükdən sonra ayılıblar. İndi tərəfləri gərginliyi dayandırmağa çağırırlar. Azərbaycan ordusu isə Ali Baş komandanın əmri ilə erməniləri Qarabağdan tam boşaldacaq. Sülh yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həyata keçirilə bilər."

Mənbə: www.unikal.org