Almaniya kansleri Navalnıya baş çəkdi

Almaniya kansleri Navalnıya baş çəkdi

Almaniya kansleri Angela Merkel Rusiya müxalifətinin lideri Aleksey Navalnıya baş çəkib. Məlumatı “Spiegel” qəzeti yazıb. A.Navalnı paytaxt Berlinin “Şarite” klinikasında müalicə olunan zaman A.Merkel əvvəlcədən elan olunmadan siyasətçini ziyarət edib. Nəşr məlumatı A.Navalnı xəsətəxanadan buraxıldıqdan sonra yayıb. Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.

Mənbə: polemik.az