Duma Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiya Dövlət Dumasının Dağlıq Qarabağla bağlı bəyanatına sabah plenar iclasda baxılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Dumanın MDB işləri üzrə komitəsi məlumat yayıb.

“Göstərilən qətnamə layihəsi Dövlət Dumasının 29 sentyabr 2020-ci il tarixli işinə dair prosedur layihəsinə daxil edilsin", - qərarda bildirilib.

Qeyd edək ki, bu gün sözügedən qətnamə layihəsi Dumaya təqdim edilmişdi. Qətnamədə bildirilir ki, rus parlamentarilər Qarabağdakı münaqişə tərəflərini danışıqlar prosesinə qayıtmağa çağırır və vəziyyəti sabitləşdirmək üçün vasitəçilik köməyi göstərməyə hazırdırlar.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Nikol Paşinyana üç qısa sual

SONRAKI XƏBƏR

Bundesliqa klubunda istefa