“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi bütün səyləri dəstəkləyirik” – Bəyanat

“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi bütün səyləri dəstəkləyirik” – Bəyanat

Bakı, 28 sentyabr, AZƏRTAC

Biz Ermənistanın təxribatlarının çoxaldığı bir vaxtda baş verən silahlı münaqişədə həyatını itirənlərin ailələrinə ən dərin hüznlə başsağlığı veririk. Biz Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi bütün səyləri tamamilə dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvlərinin bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Biz beynəlxalq ictimaiyyəti, xüsusən də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını öz qanuni öhdəliklərinə və mənəvi məsuliyyətlərinə sadiq qalaraq lazımi addımlar atmağa, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri ilə bağlı uzun zamandır dondurulmuş münaqişə hesab olunan problemi həll etməyə çağırırıq. Hər yerdə olduğu kimi, Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkün də öz torpaqlarına qayıtmaq hüququnu gözləyir”.

Mənbə: azertag.az