KTMT Qarabağdakı vəziyyətlə bağlı açıqlama yaydı

KTMT Qarabağdakı vəziyyətlə bağlı açıqlama yaydı

KTMT Baş katibi Stanislav Zas Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsindən ciddi narahatlığını bildirir.

Axar.az xəbər verir ki, bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.

KTMT Baş katibi Stanislav Zas sentyabrın 27-də Dağlıq Qarabağda silahlı qarşıdurmanın yenidən başlamasından və hər iki tərəfdən də mülki əhali arasında ölən və yaralanmasından ciddi narahatlıq ifadə edir. Atəşkəs pozulur, artilleriya, tank və təyyarələr də daxil olmaqla ağır silahlardan, həmçinin zərbə PUA-larından istifadə edilir”, - məlumatda qeyd olunub.

Mənbə: axar.az