KTMT Dağlıq Qarabağdakı hərbi əməliyyatlardan narahatdır

KTMT Dağlıq Qarabağdakı hərbi əməliyyatlardan narahatdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gedən döyüşlərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, irimiqyaslı döyüşlərin keçirilməsindən ciddi narahat olduğunu deyib.

“Bu vəziyyət 1994-cü ildə imzalanan atəşkəs sazişinin öhdəliklərinə yardım etmir. Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli barədə düşünmək və danışıqlar prosesinə qayıtmaq lazımdır. ATƏT Minsk qrupunun apardığı danışıqlar bərpa edilməlidir. Münaqişənin həlli yalnız siyasi-diplomatik müzakirələrlə mümkündür. KTMT dəfələrlə tərəfləri danışıqlara və təxribat xarakterli fəaliyyətlərdən çəkinməyə çağırıb”.

Mənbə: qafqazinfo.az