Albaniya qəzeti Ermənistanın son hərbi təxribatından yazıb

Albaniya qəzeti Ermənistanın son hərbi təxribatından yazıb

Afina, 28 sentyabr, AZƏRTAC

Albaniyanın “Albaniandailynews” qəzetində Azərbaycan Yunanıstandakı səfiri Anar Hüseynovun Ermənistanın növbəti hərbi təxribatı barədə şərhi dərc edilib.

AZƏRTAC xəbər verir ki, şərhində səfir Azərbaycan Müdafiə Nazirliyinin məlumatını Yunanıstan ictimaiyyətinin diqqətinə çatdırıb.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə boyunca yerləşən mövqelərini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var. Çox sayda evə və mülki obyektə ciddi ziyan dəyib.

BMT-nin problemin həllinə dair dörd qətnaməsi, münaqişənin tarixi barədə məlumat verən diplomat Azərbaycanın əzəli torpaqlarını tez bir zamanda azad edəcəyinə ümidvar olduğunu bildirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Mənbə: azertag.az