Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

Kipr Respublikasının Xarici İşlər Nazirliyinin bu ilin 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində yaşanan gərginliklə bağlı yaydığı bəyanat birtərəfli xarakter daşıyır və qərəzlidir.

Milli.Az bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində yaşanan gərginliklə bağlı Kipr XİN-in bəyanatına dair KİV-in sualını cavablandırarkən deyib.

L.Abdullayeva bildirib: "Kipr XİN-ə xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələri öz beynəlxalq tanınmış ərazilərində mülki əhalisini müdafiə etmək üçün mübarizə aparır. Ermənistan silahlı qüvvələri isə 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərində qeyri-qanuni mövcudluğunu saxlayır. Odur ki, Azərbaycana qarşı hər hansı əsassız ittihamlar irəli sürmədən öncə beynəlxalq sənədlər və onların tələbləri ilə tanış olmaq vacibdir".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Kevin-Prins Boatenq B seriyası klubunda

SONRAKI XƏBƏR

Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi - FOTO