Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək verən Türkiyənin parlamentdəki siyasi partiyalarına təşəkkür edib

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək verən Türkiyənin parlamentdəki siyasi partiyalarına təşəkkür edib

Ankara, 28 sentyabr, AZƏRTAC

Azərbaycana səmimi və güclü dəstək verdiyi üçün Qazi Məclisimizi səmimi qəlbdən təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” sosial şəbəkə hesabında yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğan yazıb: “Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu güclü bir şəkildə təsdiq edən bu ortaq açıqlamada imzası olan siyasi partiyalarımıza şəxsən öz adımdan və millətimiz adından təşəkkür edirəm”.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiya ortaq açıqlama ilə birmənalı şəkildə Azərbaycanı dəstəklədiklərini təsdiq edən sənəd imzalayıblar. Açıqlamada ifadə olunur ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır. Bu haqsız işğalın aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına uyğun şəkildə sülh məqsədli həll variantını dəstəklədiyimizi təkrar edirik. Beynəlxalq ictimaiyyəti bugünə qədər Ermənistanın işğalı və məsuliyyətsiz hücumları səbəbindən zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az