İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır

İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.

S.H.Amilinin sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur:

"Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtması, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Arvadını başqa bir kişi ilə TUTDU - İntihara CƏHD ETDİ - VİDEO

SONRAKI XƏBƏR

Ermənistan kişilərin ölkədən çıxmasını məhdudlaşdırdı