Britaniyalı jurnalist ermənilər tərəfindən azərbaycanlı mülki əhalinin öldürülməsini qınayıb

Britaniyalı jurnalist Neil Vatson APA-nın Britaniya bürosuna verdiyi açıqlamada azərbaycanlı mülki vətəndaşlara qarşı həyata keçirilən erməni təcavüzünün insanlığa, insan haqlarına və beynəlxalq hüquqa zidd hərəkət olduğunu bildirib.

O, qeyd edib ki, bu, dünya liderləri tərəfindən qınanılmalıdır.

“Bunlardan ən faciəlisi isə ikisi kiçik uşaq olmaqla, beş nəfərlik bir ailənin öldürülməsidir”, - deyə jurnalist bildirib.

Neil Vatson bildirib ki, Azərbaycan danışıqlar yolu ilə sülhün bərqərar olması üçün ATƏT-in Minsk Qrupu ilə daim əməkdaşlıq edib: “Lakin ABŞ, Rusiya və Fransa tərəfindən həmsədrləri olan bu qurumda erməni perspektivinə meyllilik müşahidə edilir. Rusiya isə münaqişənin, həmçinin, mühüm enerji boru kəmərlərinə yaxın olması səbəbindən bölgədə qeyri-sabitlik yaratmaq istəyir”, - Vatson qeyd edib.

O, Azərbaycanın 27 ildən sonra Füzuli və Cəbrayıl rayonlarında səkkiz kəndin azad edilməsi, erməni ordusunun bir neçə mövqeyinin dağıdılması və Azərbaycan Silahlı Qüvvələrinin mühüm yüksəkliklərdə nəzarəti ələ keçirməsinin çox şad xəbər olduğunu bildirib: “Bu, Ermənistana və onun tərəfdarlarına işğal status-kvonun davam edə bilməyəcəyi barədə açıq bir mesajdır”.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bu yazıçılar müharibədə iştirak ediblər -SİYAHI

SONRAKI XƏBƏR

“Caliber” Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbiçilərinin görüntülərini əldə edib - VİDEO