SON DƏQİQƏ: Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan etdi

Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan edib.

"Ölkə.Az" bildirir ki, bu barədə erməni KİV-ləri bildirir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qaldığını bildirib. Belə ki, düşmənin 22 tankı və digər zirehli texnikası, 15 “OSA” zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan gömrükçülərindən erməni separatçılarına növbəti zərbə - VİDEO

SONRAKI XƏBƏR

Beynəlxalq ictimaiyyət “Qarabağ Azərbaycandır!” dedi - VİDEO