“Bayrağımızı Xankəndinə, Şuşaya sancacağıq”

“Bayrağımızı Xankəndinə, Şuşaya sancacağıq”

Hafiz Hacıyev: “30 ildir işğalçını sülhə gəlmək üçün bütün danışıqlarda iştirtak etdik”

Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir. Havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərində “at oynadan” Ermənistanın işğalçılıq əməlləri nəhayət dünən şanlı ordumuzun əks həmləsi ilə layiqli cavabını aldı. 30 ildir Azərbaycanın sərhəd bütövlüyünü pozaraq torpaqarımızı işğal edən, ərazilərimizdə cinayətlər törədən Ermənistanın burnu ovuldu. İşğalçı ilk zərbəsini aldı. Buna baxmayaraq, işğalçı ölkə hər bir vasitədən istifadə edərək özünün cinayətkar siyasətini davam etdirmək istəyi ilə havadarlarını köməyə çağırır. Artıq Fransa, ABŞ, Rusiya rəsmiləri müharibənin dayandırılması ilə bağlı ölkəmizin başçısına telefon zəngi ediblər. Güc dövlətləri nədədənsə illərdir Azərbaycan sərhədlərini pozan, torpaqlarını işğal edən, milyondan çox insanının qaçqın durumuna düşməsinə yol açan hərəkət edərkən cinayətkara gözün üstə qaşın dar demədi.

İndi nə baş verir, ermənistan özünü hansı vəziyyətə hazırlayır və durumu nədir?

Bu və ya digər məsələlərlə bağlı vəziyyəti Versus.az-a şərh edən MMP sədri Hafiz Hacıyev hazırda cəbhə boyu gedən prosesləri yaxından izlədiklərini və bütün rayon təşkilatlarının ehtiyyatda olan zabitlərinin bu prosesə qoşulduğunu bildirib.

Partiya sədri deyib ki, bu gün ordumuzun irəliyə doğru çox qətiyyətli addımlar atması hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradıb:

“Ordumuzun peşəkarlığı, ordumuzun monolitliyi bizə tam əsas verir deyək ki, torpaqlarımızı tam olaraq işğaldan azad etməyimizə çox az vaxt qalır. Proseslərə nəzər saldıqca görünür ki, erməni işğalçıları yenə də təxribatlara əl atırlar, mülki əhalini hədəfə alıb yaşayış məntəqələrini atəşə tüturlar. Bu da erməni faşistlərinin terrorçu əməllərindən əl çəkməməsi deməkdir. Ermənilər həmişə belə avantüralara, cinayətkar hərəkətlərə əl atırlar. Paşinyan yenə də cəfəng bəyanatlar verərək, dünya dövlətlərinə müraciət etməsi də təxribatdır. Bunlar təkcə təxribatlar törətməklə kifayətlənmir, həm də İrəvanda müəyyən bəyanatlar verib, dünya ictimaiyyətini aldatmağa da çalışırlar ki, vəziyyəti dəyişsinlər. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Biz beynəlxalq qanunlara əməl edirik.

Hazırda ordumuz çox yüksək əhval-ruhiyyədədir. Ölkə Prezidentinin atdığı bütün addımlar xalq tərəfindən tam dəstəklənir. Prezidentə dəstək olmaq üçün orduya yazılanların sayı çoxalır. Bu yaxınlarda 50 siyasi partiya Prezidentlə bir yerdə olması ilə bağlı bəyanat verdi”.

Hafiz Hacıyevqeyd edib ki, bu gün MMP üzvləri arasında döyüşdə iştirak edənlər, şəhid olanları da var. Amma bu, onları ruhdan salmır:

“Biz sevinirik ki, Azırbaycan Prezidenti, Azəırbaycan Ordusu torpaqların azad olunmasından ötrü nəhayət öz qəti sözünü dedi və bu da çox yüksək səviyyədə həyata keçirilir. Prezidentimizin bundan sonra da verəcəyi bütün tapşırıqların hamısını yerinə yetirmək üçün onun yanındayıq”.

MMP sədri Ermənistanın həyata keçirdiyi təxribatların nədənsə yenə də dünya ictimaiyyətinin bəzi qüvvələri tərəfindən düzgün başa düşülmədiyini vurğuladı:

“Biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik. İşğalçı torpaqlarımızdan çıxsın. Biz müharibəni ən az istəyən dövlətik. 30 ildir işğalçını sülhə gəlmək üçün bütün danışıqlarda iştirtak etdik. Amma Ermənistan özünün havadarlarının havası ilə işğalçılığıa davam etdi. Biz sülh istədikcə, erməni işğalçıları təxribatlar törətdi. Ona görə də belə davam edə bilməzdi”.

MMP sədri Ermənistanın KTMT-dan istədiyi dəstəyin nətizəciz qalacağını deyib:

“Bİz Ermənistanda vuruşmuruq. Biz öz ərazilərimizi azd etmək üçün çalışırıq. Ona görə Rusiya işğalçıya dəstək verməkdən imtina edib. Digər variantlar da var ki, Rusiyada olan bəzi hakimiyyətdən kənarda olan qüvvələr Ermənistana kömək edirlər. Bunun da heç bir xeyri olmayacaq. Azərbaycan strateji əraziləri işğaldan azad edib. Biz haqq yolundayıq. Bu gün ordumuz o qədər qətiyyətlidir ki, heç bir silah, heç bir güc onu öz qətiyyətindən döndərə bilməz. Paşinyanın avantüralarına heç bir dövlət uymadı. ATƏT-in Minsk qrupu da heç bir iş görmədi. Rusiyanın da Ermənistana kömək verəcəyi inandırıcı deyil. Üstəlik erməni əhalisi işğal altında ərazilərdən qaçır. Biz öz torpaqlarımızı 1 həftəyə işğaldan azad edib bayrağımızı Xankəndinə, Şuşaya sancacağıq. Ermənilərin işğalçı siyasətinə son qoyulmalı idi. Biz buna gecikmişik. Biz cəbhə bölgələrinə gedəcəyik, daim ordunun yanında olacağalq. Torpaqlarımız işğaldan azad edəndən sonra ölkə başçımızın heykəlini Xankəndində qoyub, elə paytaxtı da ora köçürməliyik”.

Mənbə: reportyor.info