Diplomatiya fikri Qarabağ üçün etibarlı deyil - Ekspert

Diplomatiya fikri Qarabağ üçün etibarlı deyil - Ekspert

Münaqişənin 30 ilə yaxındır diplomatiya ilə həll olunması fikri artıq Dağlıq Qarabağ üçün etibarlı deyil.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli hərbi ekspert Yusif Alabarda deyib.

O bildirib ki, masaya süngü dəymədən diplomatiya fayda verməz:

“Artıq Azərbaycan 1988-ci ilin Azərbaycanı deyil. Nə də Türkiyə küncdə gözləyən bir dövlət deyil. Görüntülərdə Dağlıq Qarabağ bölgəsindəki erməni mövqelərinin PUA-lar tərəfindən vurulduğunu görəndə, bu filmi haradansa xatırladım. Masaya süngü dəymədən diplomatiya fayda verməz”.

Mənbə: axar.az