Ərdoğan Azərbaycana dəstək olan partiyalara təşəkkür etdi

Ərdoğan Azərbaycana dəstək olan partiyalara təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hücumlarını qınayan siyasi partiyalara təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, qardaş ölkə başçısı Tvitter hesabından etdiyi paylaşımda AKP, CHP, MHP və İYİ Partinin təşəbbüsünü alqışlayıb:

“Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu güclü bir şəkildə təsdiq edən bu ortaq açıqlamada imzası olan siyasi pariyalarımıza şəxsən öz adımdan və millətimiz adından təşəkkür edirəm. Məclisimizi bu güclü mövqeyindən dolayı təbrik edirəm”.

 

Mənbə: qafqazinfo.az