AŞ PA cəbhədəki hərbi əməliyyatlarla bağlı bəyanat yaydı

AŞ PA cəbhədəki hərbi əməliyyatlarla bağlı bəyanat yaydı

Avropa Şurası Parlament Assambleyası Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlanmasından son dərəcə narahatlıq keçirir. “Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Boriana Oberq (İsveç) və Kimmo Kilyuner (Finlandiya), həmçinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) yaydıqları birgə bəyanatda bildiriblər.

“Biz hər iki tərəfin mülki əhali və hərbi qulluqçuları arasında itkilərə dərindən təəssüflənirik", - deyə məlumatda bildirilir.

Həmməruzəçilər münaqişənin hər iki tərəfini hərbi əməliyyatların dərhal dayandırılmasına, vəziyyətin gərginləşdirilməsinə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsiz olduğu vurğulanır.

Bundan başqa, həmməruzəçilər qeyd ediblər ki, Avropa Şurasına üzv dövlətlər aralarındakı münaqişələri yalnız sülh yolu ilə həll etməlidirlər.

“Parlament Assambleyası Minsk Qrupu formatında sülh danışıqları üçün əlverişli bir mühitin yaradılmasına töhfə verməyə hazırdır”, - deyə həmməruzəçilər bildiriblər.

Mənbə: qafqazinfo.az